cinni Cəfər qoşunu*

a great many of men (too many, so many, such a lot of noisy, fussy, restless children) о толпе шумливых, сyетливых детей
cinli
cins at
OBASTAN VİKİ
Cinni Uizli
Cinni Cinevra Molli Uizli (ing. Ginny Ginevra Molly Weasley 11 avqust 1981) C. K. Roulinq-in Harri Potter roman seriyasındakı uydurma personajdır. Cinni Harri Potter və Fəlsəfə Daşı kitabında Uizli ailəsinin yeganə qızı kimi təqdim edilir. O, Harrinin əsas sevgisinə çevrilir və serialın sonunda onunla evlənir. == Xarakter inkişafı == Cinni Uizli 11 avqust 1981-ci ildə anadan olmuş saf qanlı cadugərdir, Artur və Molli Uizlinin yeddinci övladı və yeganə qızıdır.O, Hoqvarts Cadu və Sehrbazlıq Məktəbində ailəsinin qalan üzvləri kimi Qriffindor fakültəsində oxuyub. Serialın gedişatında Cinni özünü müstəqil və bacarıqlı kimi göstərən, Qaranlıq İncəsənətə qarşı döyüş zamanı birdən çox dəfə Harri ilə birlikdə döyüşən güclü cadugər olur. "The Leaky Cauldron" və "Mugglenet"-ə verdiyi birgə müsahibədə Roulinq Cinni və Harrinin "bir yerə gəlib sonra ayrılacaqlarını" "həmişə bildiyini" açıqladı.Müəllif izah etdi ki, serial irəlilədikcə Harri və bununla da oxucu Cinninin əslində Harri üçün ideal qız olduğunu kəşf edir. Roulinq, Harrinin "Harri Potter onunla birlikdə olmağın tələblərinə dözə bilən biri ilə birlikdə olmalıdır, çünki o, bir çox cəhətdən qorxulu bir sevgilidir" dedi.Serialın sonrakı hissəsində Cinni və Harri "tam bərabərdirlər" və "bir-birinə layiqdirlər". Müəllif, həmçinin hər iki personajın keçdiyi "böyük emosional səyahət"i yazmaqdan həzz aldığını və bir personaj kimi Cinni çox bəyəndiyini də qeyd edib. == Görünüşlər == Cinni ilk dəfə Harri Potter və Fəlsəfə Daşı filmində Harri Kinqs Kross stansiyasında Uizli ailəsi ilə qarşılaşdıqda və onlar ona Platforma 9¾-ə çatmağa kömək edəndə görünür.
Araba qoşunu
Araba qoşunu — döyüş və ya texniki məqsədlər güdməyən, lakin dinc və ya müharibə dövründə rəsmi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuş hərbi idarənin köməkçi qoşunları, ayrı-ayrı komandanlıqları və hərbi hissələri. Araba qoşunları müharibə dövründə birləşmələrin şəxsi heyəti kimi, hərbi nəqliyyatda xidmət etmək, birləşmələrə qvardiyalar, ordular və s., ərzaq və digər ləvazimatlar gətirmək üçün nəzərdə tutulmuşdu. Müasir dövrdə onlar avtomobil qoşunları adlanır. == Tarixi == === Almaniya imperiyası === XIX əsrin sonunda Almaniyada cəmi 21 araba batalyonu var idi. 1914–1916-cı illərdə 25 batalyon var idi. === Avstriya-Macarıstan imperiyası === Araba qoşunları yalnız imperiya ordusunda mövcud idi. XIX əsrin sonunda Avstriya-Macarıstan imperiyasında cəmi 3 araba alayı var idi. 1914–1916-cı illərdə 16 divizion var idi. === Fransa Respublikası === XIX əsrin sonunda Fransada cəmi 20 araba eskadronu və 14 qarışıq araba rotası fəaliyyət göstərmişdir. 1914–1916-cı illərdə 20 araba eskadronu (60 rota) var idi.
Azov kazak qoşunu
Azov kazak qoşunu (ukr. Азовське козацьке військо, rus. Азовское Казачье Войско) — XIX əsrdə kazak qoşunları şurası. == Tarixi == 1828-ci ildə Zaporojya Seçinin dağıdılmasından sonra Osmanlı Türkiyəsinə köçən Zaporojye kazaklarının törəmələri burada Dunayyanı Seçini qurmuşdular. Onlar 1828–1829-cu illər Rusiya–Osmanlı müharibəsinin əvvəlində ataman Osip Qladkinin başçılığı ilə Dunayyanı Seçindən Rusiya boyunduruğuna qayıtmış və Osmanlı qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak etmişdilər. Dunayyanı kazaklarından 1831-ci ildə Azov kazak qoşunu olaraq adlandırılan Zaporijya qoşunu yaradılmışdır. Onlar Azov dənizinin şimal sahilində, Yekaterinoslav vilayətində dəniz ilə Berdey və Obitoçnaya çayları arasında məskunlaşmışdılar. 1830-cu illərin sonlarında Azov kazaklarının sayı ailələri ilə birlikdə təxminən altı min nəfər idi. Kazaklara 29 kiçik gəmidən ibarət silahlı flotiliyanın, habelə yüzlərlə 1,000 süvarinin köməyi ilə Qara dənizin şərq sahillərinə nəzarət etmək tapşırılmışdı. Ordu Novorossiya general-qubernatoruna tabe idi, daxili idarə Petrovskaya kəndində, sonra Mariupolda yerləşən ataman və hərbi idarənin əlində idi.
Cəfər
Cəfər — Kişi adı.
Cəfər (Qürvə)
Cəfər (fars. جعفر‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 199 nəfər yaşayır (45 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəfər Atalay
Cəfər Atalay (1962, Sivas – 3 noyabr 2007, Kadıköy, İstanbul ili) — türkiyəli aktyor.
Cəfər Axundov
Cəfər Hacı Şeyx Həsən oğlu Axundov (1878, Nehrəm – 1931, Gəncə) — Zaqafqaziya Seyminin müsəlman fraksiyasına mənsub deputat. == Həyatı == Cəfər Hacı Şeyx Həsən oğlu Axundov 1878-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olub. Cəfər ailənin 2-ci uşağı idi. Atası Hacı Şeyx Həsən Molla İmamqulu oğlu Mollazadə Gəncəvidir. Anası Məşədi Xədicə xanım Cəlil Məhəmmədquluzadənin məşhur "Usta Zeynal" hekayəsinin baş qəhrəmanı Usta Zeynalın qardaşı qızıdır. Cəfər Axundov təhsilini Gəncə gimnaziyasında alıb. O, erkən yaşlarından siyasətlə maraqlanmağa başlayıb. 1903-cü ildən RSDFP-yə daxil olan "Hümmət" partiyasının menşevik üzvü və Azərbaycanda ilk marksist dərnəklərini quranlardan biri olaraq gizli fəaliyyət göstərib. Qardaşı nəvəsi Rasim Axundovun bildirdiyinə görə, Leninin ona yazdığı məktub onların ailəsində saxlanılırmış və sonralar DTK-dan gələnlər o məktubu aparıblar. 1905-ci ildə Gəncə sənət məktəbi şagirdlərinin nümayişini təşkil etdiyinə görə həbs edilən C. Axundov Gəncədə və Bakıda zindanda yatıb və az sonra Krasnodar (Yekaterinodar) quberniyasına 5 illik sürgünə göndərilib.
Cəfər Ağa
Qanlı Cəfər Ağa — (türk. Kanlı Cafer Ağa; v. 1521, Konstantinopol) — Osmanlı admiralı. == Bioqrafiya == Cəfər Ağa Osmanlı imperiyasında 1516–1520-ci illərdə donanmaya rəhbərlik etmişdir. Cəfər Ağa yerli xalqa qarşı zülm etməsi və səbəbsiz vergilər toplaması səbəbindən 1521-ci ildə Sultan Süleyman Qanuninin göstərişi ilə İstanbul şəhərində edam edilmişdir.
Cəfər Ağalarov
Ağalarov Cəfər Həsən Ağa oğlu — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Dalğa dinamikası şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Cəfər Ağalarov 15 avqust 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1944-1954-cü illərdə Bakı şəhərinin 8 saylı orta məktəbində oxumuşdur. 1954-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun "Neftmexanika" fakültəsinə daxil olmuş və 1959-cu ildə həmin institutu bitirmişdir. 1959-cu ildən 1960-cı ilədək 55 saylı poçt qutusu müəssəsində mühəndus işləmişdir. 1960-cı ildən 1999-cu ilədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda (indiki AMEA RMİ) böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi və şöbə rəhbəri vəzifəsində işləmişdir. 1966-1967-ci illərdə "Dinamik möhkəmlik" laboratoriyasında kiçik elmi işçi, 1967-1974-cü illərdə "Dalğa dinamikası" şöbəsində böyük elmi işçi, 1974-cü ildən "Dalğa dinamikası" şöbəsində şöbə müdiri olmuşdur. 1961-1964-cü illərdə EA-nın Riyaziyyat və Mexanika İnstitutununun aspiranturasında oxumuşdur. 1965-ci ildə "Qeyri-xətti, özlü elastiki mühitlərdə dalğaların yayılması" mövzusunda namizədlik dissertasiyası, 1981-ci ildə "Çevik rabitələrin zərbə təsirində özünü aparmasının nəzəri-eksperimental araşdırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-cü ildən bu günədək EA-nın Riyaziyyat və Mexanika İnstitutunda, 1999-cu ildən bu günədək Milli Aviasiya Akademiyasında professor vəzifəsində işləyir.
Cəfər Bağır
Cəfər Səfər oğlu Bağırov – nasir, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Cəfər Bağır 1912-ci il 5 mayda Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fıloloji fakültəsinə daxil olmuşdur. Eyni zamanda "Gənc işçi" qəzetində şöbə müdiri işləmişdir. Bu dövrdə ilk hekayələrini qələmə almışdır. "Kommunist" qəzetində şöbə müdirinin müavini (1934–1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib (1936–1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T. Drayzer, P. Abrahams, A. Sent-Ekzüperi, R. Taqor, Əziz Nesin, M. Broden, A. Kamenova, S. Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanış olmuşlar. O, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955–1960), redaktoru (1960–1966), məsləhətçi redaktor (1966–1967), bədii tərcümə redaksiyasının müdiri (1967–1973) vəzifələrində çalışmışdır.
Cəfər Behbudov
Cəfər Ağaəli oğlu Behbudov (17 avqust 1951, Bakı – 26 sentyabr 2019, Kiyev) — Azərbaycan müğənnisi. == Həyatı == Cəfər Behbudov teatr rejissoru Ağaəli Məstanov və Rəşid Behbudovun bacısı Nəcibə Behbudovanın ailəsində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 1970-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olmuşdur. Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə çıxış etmiş, onunla "Sevgi mahnısı" adlı kompozisiyanı ifa etmiş, klip çəkdirmişdir. Cəfər Behbudov Tofiq Quliyevin "Zibeydə" mahnısı ilə 1980-ci illərdə məşhurlaşmışdı. "Bəyin oğurlanması" filmində onun mahnısı səsləndirilmişdir. Onun ifasında "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnılar da həmin dövrlərdə populyarlıq qazanmışdı. Eyni zamanda Cəfər Behbudov "İnan mənə", "Bəhanə kimiyəm","Gözlərəm səni","İlk görüş", "Sevgi yağışları","Köhnə həyat", "Aya bax,aya","Sehirli ləpələr","Yağış","Sevgilim","Harda qalmısan","Sevgi","Azərbaycan süfrəsi","Bir qolun sevinci","Ümid çələngi","Səni gördüm","Dağlar","Qoşa qəlbin təranəsi" və başqa şərqilərin ilk ifaçısı olmuş,bu kimi repertuarları ilə dinləyicilərinin rəğbətini qazanmışdı. Cəfər Behbudov 1991-ci ildə Ukraynanın Kiyev şəhərinə köçmüş, ömrünün sonunadək orada yaşamışdır.
Cəfər Bünyadzadə
Cəfər Xocabəy oğlu Bünyadzadə (1890, Fatmayı, Bakı qəzası – avqust 1918, Bakı) — Azərbaycan yazıçısı və şairi. O, dövrün Azərbaycan mətbuatında fəal iştirak etmiş, uşaq hekayələri və çoxlu satirik şeirlər yazmışdır. "Nəşri-maarif" və "Səfa" məktəblərində müəllim işləmiş, satirik "Tuti" jurnalının baş redaktoru olmuşdur. Dadaş Bünyadzadənin qardaşıdır. == Həyatı == Cəfər Bünyadzadə "Səda", "Sədayi-Vətən" və başqa mətbuat orqanlarında müxtəlif imzalarda yazılar dərc etdirmiş, uşaqlar üçün hekayələr yazmışdır. Milli məktəblərdə istifadə ücün "Kəşkül" adlı nəğmələr məcmuəsi (notsuz) nəşr etdirmişdi (1915). Cəfər Bünyadzadə 1918-ci ilin avqustunda ermənilərin törətdikləri vəhşiliyin qurbanı olmuşdur. C. Bünyadzanin qardaşı Dadaş Bünyadzadə ona başsağlığı verənlərə "Füqəra-kasibəsi" qəzetində etdiyi minnətdarlıq məktubunda bildirirdi: == Əsərləri == Mən məktəb istəyirəm. Uşaqlar üçün asan dil ilə yazılmış hekayələr. Bakı: [s.n.], 1910; İgid oğul və yaxud vətən məhəbbəti, 1912; Kəşkül və yaxud nəğmələr məcmuəsi.
Cəfər Cabbarlı
Cəfər Qafar oğlu Cabbarlı (20 mart 1899, Xızı, Quba qəzası – 31 dekabr 1934, Bakı, SSRİ) — Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1933)*. == Həyatı == Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən atası (Qafar Cabbarlı) görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, "dağlı məhəlləsi" adlanan yerdə yaşamağa başlayıb. Cəfərin 3 yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub. Cəfər arasıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü. 1924-cü ildə Cəfərin böyük qardaşı Hüseynqulu öldü. Bu ölüm Cəfəri çox sarsıtdı, çünki Hüseynqulu ona qardaşlıqla yanaşı atalıq etmişdi. Cəfər ailənin ən kiçik uşağı idi.
Cəfər Cəfərli
Cəfər Cəfərov
Cəfər Haşım oğlu Cəfərov — Azərbaycan teatrşünası. Cəfər Hüseynqulu oğlu Cəfərov — Azərbaycan-sovet dövlət xadimi Cəfər Mehdi oğlu Cəfərov — Azərbaycan dilçisi. Cəfər Məmməd oğlu Cəfərov — Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru.
Cəfər Cəmilov
Cəfər Eylasov
Cəfər Hümbətov
Cəfər İslam oğlu Hümbətov (2 fevral 1959, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sabiq sədri, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. == Həyatı == Cəfər Hümbətov 2 fevral 1959-cu il tarixində Naxçıvan şəhərində anadan olub. 1966–1976-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbdə ümumi orta təhsil alıb. 1976-cı ildə Naxçıvan şəhər İdman Komitəsində məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1977–1979-cu illlərdə hərbi xidmət keçib. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun qiyabi fakültəsinə daxil olub. 1984-cü ildə həmin institutun tam kursunu bitirib. 1979-cu ildə Naxçıvan MSSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin Uşaq-Gənclər İdman məktəbinə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1980-ci ildən 1982-ci ilədək həmin məktəbdə metodist vəzifəsində çalışıb. 1982-ci ildən 1993-cü ilədək həmin məktəbin direktoru vəzifəsində işləyib.
Mir Cəfər
Mircəfər və ya Mir Cəfər — ad. Mircəfər Bağırov — Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi (1933 – 1953) Mircəfər Əyyubov — Təzə Pir məscidinin axundu (2015—h.h.). Mircəfər Seyidov — azərbaycanlı yazıçı və jurnalist.
Məmməd Cəfər
Məmməd Cəfər (Cəfərov Məmmədcəfər Zeynalabdin oğlu; 9 may 1909, Naxçıvan – 11 may 1992, Bakı) — tənqidçi, ədəbiyyatşünas, nasir,Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), filologiya elmləri doktoru (1961), professor (1963), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), Azərbaycan SSR Əməkdar elm xadimi (1982). Məmmədcəfər Cəfərov 9 may 1909-cu ildə Naxçıvan şəhərinin Anbar məhəlləsində dərzi ailəsində anadan olub. 1919-cu ildə hər iki valideynini itirmişdir. 1920-ci ildə o, atasının dostları sayəsində "Qızıl ordu" üçün paltar tikən dərzixanaya şagird qəbul olunur. Buradan alınan maaşla ailəni saxlamaq mümkün olmadığını görəndə nənəsi onu şatır-çörəkçi qohumlarının yanında kündəgirlik işinə düzəldir. İlk təhsilini Naxçıvanda aldıqdan sonra 1928-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda oxuyub. Daha sonra 1932-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsil alıb. O, 1935-1938-ci illərdə həmin universitetin Ərəb ədəbiyyatı kafedrasının aspirantı olub. Məmmədcəfər Cəfərov 11 may 1992-ci ildə Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn edilib. Məmmədcəfər Cəfərov ADPU-nun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirməklə yanaşı, 1932-1935-ci illərdə "Gənc işçi", "Maarif işçisi" qəzetlərinin redaksiyalarında şöbə müdiri olub.
Osman Cəfər
Rasim Cəfər
Rasim Valeh oğlu Cəfərov — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2016). Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000). 1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb. İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub. Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. "Şəngülüm, Şüngülüm, Məngülüm" "Şərqə səyahət" "Pantomim buketi" "Zibillik pərvanələri" "Eşq" "Pəri-Cadu" — Təlxək əcinnə "Çəkməli pişik" "Tıq-tıq xanım" — Siçan bəy, keçi "Şelkunçik" "Pələng ili" — Ağa "Oliver Tvistin macəraları" "Məhv olmuş gündəliklər" — Qənimət "Mən gəldim, qızlar" ("Müharibə") — əmi "Yalqız qərb" — Balin qerbor Salur Qazanın evi talandığı boy (film, 2001) Epizod (film, 2002) Manqurt (film, 2003) Oyun (film, 2003) Ana qaz (film, 2005) Üç qız (film, 2005) (tammetrajlı bədii film) Ev (film, 2007) Qala (film, 2008) Yalançılar (film, 2008) Ölüm növbəsi (film, 2009) Teatral həyat (film, 2009) Podpiska o neviezde (2009) Kuklalar (film, 2009) Sahə (film, 2010) Əzizim Fellini (film, 2010) Səhərə inan... (film, 2011) Tabutçunun yelləncəyi (film, 2012) Sirr (serial, 2012) Döngələr (teleserial, 2012) Çaqqal nəfəsi (film, 2013) Ayrı (Torn) (film, 2014) Arzuların ardınca...
Şeyx Cəfər
Şeyx Cəfər (Ərdəbil – Ərdəbil) — Şeyx Xacə Əlaəddin Əlinin ikinci oğlu. Səfəviyyə ordeninin de-fakto şeyxi. Şeyx Cüneydin qovulmasından Qaraqoyunlular tərəfindən şeyxliyə gətirilmişdi və 1460-cı ildə yerinə Şeyx Heydər keçmişdir.
Əkrəm Cəfər
Əkrəm Cəfər (tam adı: Cəfərov Əkrəm Səftər oğlu; 5 may 1905, Lahıc, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 18 avqust 1991, Bakı) — dilçi, ədəbiyyatşünas, şərqşünas-filoloq, pedaqoq. Əkrəm Səftər oğlu Cəfərov 1905-ci ilin may ayında İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan Ə. Cəfər sonra yeni üsullu məktəbdə oxuyur. 1920-ci ilni oktyabrında Bakıya gələrək "Darlmüəllimin"ə daxil olur. 1925-ci ildə həmin məktəbi qurtaran Ə. Cəfər iki ilə yaxın Lənkəran şəhərində, sonra isə Qazax pedaqoji texnikumunda dərs deyir. O, hələ "Bakı Darülmüəllimi"ndə oxuduğu illərdə bir ədəbiyyat həvəskarı kimi "Maarif və mədəniyyət", "Şərq qadını" jurnallarında şeirlərlə çıxış etmişdir. 1929-cu ildə Ə. Cəfər ali təhsil almaq üçün Moskvaya göndərilmişdi. O, Moskvada ikinci Dövlət Universitetinin rus dili və ədəbiyyatı şöbəsinə girmiş, 1932-ci ildə oranı bitirmişdir. Əla oxuduğuna görə həmin institutda müəllim saxlanmış və aspiranturaya qəbul edilmişdir. Ə. Cəfər təhsil almaqla yanaşı 1929–1931-ci illərdə Moskva Proletar Yazıçılar cəmiyyəti Azərbaycan bölməsinin katibi olmuşdur.
Cəfər Yusifov
Cəfər Yusifov (13 oktyabr 1945, Birinci Şıxlı, Qazax rayonu – 15 dekabr 2023) — Bakı Metropoliteninin sabiq rəisi (1993–1998). == Həyatı == Cəfər İsa oğlu Yusifov 1945-ci il oktyabrın 13-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi ixtisası üzrə təhsil alıb. Bakı metropolitenində 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb. Metropolitendəki əmək fəaliyyəti dövründə tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi vəzifəsinə yüksəlib. 1993-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib, 1997-ci il iyulun 27-nə qədər bu vəzifəni icra edib. 15 dekabr 2023-cü il tarixində dünyasını dəyişib. == Təltifləri == C. Yusifov 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Şöhrət" ordeninə layiq görülüb. Bakı metropolitenində göstərdiyi xidmətlərə görə "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif edilib.